Agro Food Investments LLC

Yalama Agropark - Zootexnik

Xaçmaz, Azərbaycan

13.08.21


Qeyd

-Yemlərin hazırlanması, tövləyə daşınması, yem payına uyğun bölünməsi, mal - qaranın təkrar istehsalı, cins məhsuldarlıq keyfiyyətini, damazlıq məqsədilə cavan malların seçilib ayrıca yetişdirilməsini təmin edir.

- Sürülərin tərkibini yaxşılaşdırmaq, təbii cütləşmə yaşına çatmış cavan heyvanların və anaların süni və təbii mayalanmasını təmin edir.

- Törədicilərin seçilməsini, doğum mayalanmanın uçotunu baş zootexniklə birlikdə aparır, qüvvəli, qaba və şirəli yemlərin keyfiyyətli saxlanmasını təmin edir.

- Təbii biçənək və otların yaxşılaşdırılması işlərini aqronomla birlikdə təşkil edir.

- Mal-qaranın yem normaları və tərtib edilmiş yem payı əsasında düzgün yemlənməsinə və saxlanmasına nail olur, az miqdarda material, yem və əmək sərfi ilə daha çox məhsul edilməsi tədbirlərini görür.

-Bütün növ mal-qaranın qorunması və salamat saxlanmasına, yeni doğulan körpə və cavan heyvanlar üçün tərtib edilmiş pasport əsasında istiqamətli böyüməsini təşkil edir və qarşıya qoyulmuş məqsədə nail olur.

- İşçilər tərəfindən daxili iş normalarına və qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.

- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edir.

Oxşar Elanlar